b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1571482981_fg_1.jpg
Bakı Nəqliyyat Agentliyi Milli Şuranın icazəsiz aksiyası ilə bağlı açıqlama yayıb.
 
Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun oktyabrın 19-da saat 15-də mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq cavab verilməsinə baxmayaraq, mitinqin təşkilatçıları həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni Bakı metropoliteninin "28 May" stansiyasının qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə sosial şəbəkələrdə məlumatlar paylaşıblar.
 

Qanunsuz aksiyaya cəhd zamanı sərnişindaşımada fasiləsizliyin, rahatlığın və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə 14 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Dəyişikliyə əsasən "28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan marşrut xətləri üzrə avtobusların hərəkəti "Azadlıq” prospektindən S.Əsgərova küçəsinə, Ş. Bədəlbəyli küçəsindən Bülbül prospektinə, Puşkin küçəsindən 28 may küçəsinə və Ş.İ.Xətai metrostansiyasından geriyə olmaqla təşkil edilib.

Qeyd edək ki, "28 May” Nəqliyyat Mübadilə Mərkəzində 14 müntəzəm marşrut xətti üzrə 220 avtobus fəaliyyət göstərir. Bir saatda 128 avtobusun girib-çıxdığı mərkəzdən gündəlik 200000 nəfər sərnişin istifadə edir.

İctimai asayişin pozulmasına yönələn hər hansı bir kütləvi ixtişaşlar şəhər nəqliyyatının, xüsusəndə ictimai nəqliyyatın işinə ciddi şəkildə mənfi təsir edir ki, bu da əhalinin haqlı narazılığına səbəb olur. Bunu nəzərə alaraq bildiririk ki, nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət təşkilatçıların üzərinə düşəcək.

11 Noyabr 2019 Rusiyada qəza: Azərbaycanlı qadınlar yaralandı
09 Noyabr 2019 İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi – FOTO
09 Noyabr 2019 Bayraq insan - İradə Tuncay
09 Noyabr 2019 Dadaş Dadaşlinski kimdir? - Bütün suallara cavab verdi - VİDEO
08 Noyabr 2019 Bakının mərkəzində inşa edilən metrostansiyanın açılma vaxtı bilindi
07 Noyabr 2019 Amaliya Pənahovanın abidəsi ucaldıldı - FOTO
07 Noyabr 2019 Fuad Muradov: Diaspor sahəsində 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası yaradılıb
07 Noyabr 2019 Sevinc Osmanqızının daha bir yalanı ifşa olundu - FOTO
07 Noyabr 2019 Hərbçimiz şəhid oldu
07 Noyabr 2019 “Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” kitabçası jurnalistlərə hədiyyə edilir
07 Noyabr 2019 Meyxanaçı Vüqar "Qalatasaray"ın "Real"la oyunundan 144 min QAZANDI
07 Noyabr 2019 37 yaşlı başçıdan nümunəvi addım: sakinləri ayaq üstə dinlədi
06 Noyabr 2019 Binalara istilik nə vaxtdan veriləcək? – VİDEO
06 Noyabr 2019 Oqtay Gülalıyevin həyat yoldaşı Heydər Əliyev Fonduna təşəkkür edib - VİDEO
05 Noyabr 2019 Mirşahin Milli Şuranın generalının evli xanımla intim münasibətini ifşa etdi - ŞOK VİDEO
05 Noyabr 2019 Bakı polisi jurnalistlərə müraciət etdi
05 Noyabr 2019 "Facebook"da status yazıb, polis mayorunu öldürəcəyini deyən şəxs danışdı - VİDEO
04 Noyabr 2019 Radikal müxalifətlə ermənilərin sinxron fəaliyyəti - Əli Həsənov yazır
04 Noyabr 2019 Zöhrə Abdullayeva yenidən efirdə
02 Noyabr 2019 Prezident Xalq artistinə “Şöhrət” ordeni verdi