b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1571230225_prezident_yeni2.jpg

Prezident İlham Əliyev Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Missiya.Az xəbər verir ki, fərmanla Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb.

"Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib.

Fərmanla "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanının 1-ci hissəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatına verilmiş funksiyalar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə həyata keçiriləcək.

"Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanında isə aşağıdakı dəyişikliklər edilib:

4.1. 7-ci hissə ləğv edilsin;

4.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə I – "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturu”nun 3-cü hissəsində "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi” sözləri "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi” sözləri ilə əvəz edilsin;

4.3. həmin Fərmanla təsdiq edilmiş Əlavə II – "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə” üzrə:

4.3.1. 1-ci hissəyə, 7.6-cı, 7.11-ci, 8.2-ci, 8.53-cü, 8.67-ci və 18.5-ci bəndlərə "borcunun” sözündən sonra "və maliyyə öhdəliklərinin” sözləri əlavə edilsin;

4.3.2. 8.30-cu bənd aşağıdakı redaksiyada verilsin:

"8.30. "Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət borcalmalarının həyata keçirilməsini, dövlət zəmanətlərinin verilməsini təmin etmək və dövlət borclarının ödənilməsi sahəsində müvafiq tədbirlər həyata keçirmək, habelə Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə dövlət borcunu və maliyyə öhdəliklərini idarə etmək;”;

4.3.3. aşağıdakı məzmunda 8.31-2-ci və 8.31-3-cü bəndlər əlavə edilsin:

"8.31-2. Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə dövlət borcuna və dövlət zəmanəti üzrə yaranmış borca xidmət göstərmək;

8.31-3. ölkə iqtisadiyyatında maliyyə və iqtisadi tarazlığın pozulması təhlükəsi yarandıqda dövlət vəsaiti hesabına ölkənin maliyyə-bank və ödəniş sistemində mühüm rolu olan maliyyə və bank təşkilatlarına, habelə strateji əhəmiyyətli qeyri-maliyyə təsərrüfat subyektlərinə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə müddətli likvidlik (onlarda müddətli depozitlər yerləşdirmək və ya buraxdığı müddətli borc kağızları almaq) təqdim etmək;”;

4.3.4. 8.33-cü bəndə "aparılmasını,” sözündən sonra "Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaitinin və” sözləri əlavə edilsin, habelə həmin bənddə "Nazirliyin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi” sözləri "Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi” sözləri ilə əvəz edilsin;

4.3.5. aşağıdakı məzmunda 8.34-1-ci bənd əlavə edilsin:

"8.34-1. Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə xüsusi maliyyələşmə prinsipləri, o cümlədən dövlət-özəl tərəfdaşlığı əsasında həyata keçirilməsi təklif edilən layihələr və təşəbbüslər üzrə dövlətin maliyyə öhdəliklərini hesablamaq, riskləri və onların bölgüsünü qiymətləndirmək, maliyyə təminatına dair rəy vermək və rəylə razılaşmayan tərəflərə onların yuxarı icra hakimiyyəti orqanına müraciət etmə imkanı barədə hüquqlarını izah etmək;”;

4.3.6. 10-cu hissə aşağıdakı redaksiyada verilsin:

"10. Nazirliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair), habelə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir;

4.3.7. 11-ci və 26-cı hissələr ləğv edilsin;

4.3.8. 18.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"18.2. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin Aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;”;

4.3.9. 18.7-ci bəndə "tabeliyində olan digər qurumların” sözlərindən sonra "(Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi şəxslər istisna olmaqla)” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 39-1-ci hissəsində "Nazirliyin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin” sözləri "Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin” sözləri ilə əvəz edilsin.



11 İyul 2020 Azərbaycanda beş milyonluq dövlət vəsaitini mənimsəyən mütəşəkkil dəstə ələ keçdi - VİDEO
11 İyul 2020 "Səhvim oldu, cənab Prezident də məni işdən azad etdi" - Arif Qasımov
11 İyul 2020 Mehriban Əliyeva daha bir şəhid ailəsinə dəstək oldu - VİDEO
11 İyul 2020 İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi
11 İyul 2020 Ziya Məmmədovun tikdirdiyi bina satılır - QİYMƏT
11 İyul 2020 Vəziyyəti ağırlaşdığı üçün Türkiyəyə aparılan deputatdan xəbər var
10 İyul 2020 Azərbaycanda daha 526 nəfər koronavirusa yoluxub, 502 nəfər sağalıb
10 İyul 2020 Kimlərsə “şellənsin” deyə, ölkəni virusun cənginə buraxmayaq
10 İyul 2020 Səhiyyə Nazirliyindən koronavirusa yoluxanlarla bağlı MÜHÜM AÇIQLAMA
09 İyul 2020 Baş Prokurorluqdan 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı AÇIQLAMA
08 İyul 2020 Azərbaycanda COVID-19-un həkimləri qəzaya düşdü - 7 nəfər yaralandı
08 İyul 2020 Azərbaycanda tanınmış musiqiçi HƏBS EDİLDİ
08 İyul 2020 “Azərsu”dan Bakıdakı üfunət iyi ilə bağlı AÇIQLAMA
08 İyul 2020 "İlham Əliyevin Ermənistan hakimiyyətilə bağlı fikirləri çox keçmədən təsdiqini tapdı" - Ramin Əhmədov
07 İyul 2020 Cənub küləyi əsəcək, temperatur 39 dərəcəyə yüksələcək
06 İyul 2020 "Polis orqanlarına tərəfimdən çox ciddi göstəriş verilib..." - Prezident
06 İyul 2020 Yevlaxda qanunsuz fəaliyyət göstərən çayxana aşkarlandı
06 İyul 2020 "Xəstəxanalarda yer yoxdur, insanlarımızın səsi əyləncələrdən gəlir" - Professordan HƏYƏCAN TƏBİLİ
06 İyul 2020 Azərbaycanda iki polis zabiti koronavirusdan vəfat etdi
04 İyul 2020 Yasamalın İcra başçısı rayonda reyd keçirdi - FOTOLAR