b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_photo_20191002115849.jpg

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahə­sində təd­birlər davam etdirilir.

Bu barədə Missiya.Az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 

2019-cu ilin 02 oktyabr tarixində saat 00:13 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Beyləqan rayonunun Əmirzeyitli kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən üç nəfər naməlum şəxsin döv­lət sərhədini pozmaları müşahidə olunub.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xid­məti əra­zi tam qapadıl­ıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sər­həd pozu­cuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmamış, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd edib, bir sərhəd pozucusu üzərindəki çantanı ataraq İİR istiqamətində qaçmağa, digər iki sərhəd pozucusu isə hadisə yerindən digər istiqamətdə qaç­ma­ğa cəhd göstər­iblər.

“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadları tərəfindən silah tətbiq olun­muş və hər üç sərhəd pozucusu aldıqları güllə yaralarından hadisə yerin­də və­fat edib­lər.

Zərərsizləşdirilmiş sərhəd pozucularına və əraziyə baxış zamanı bir ədəd qara çantada ümumi çəkisi təxminən 15 kq olan müxtəlif növlü nar­­­kotik vasitələr, bir ədəd lüləsi kəsilmiş tüfəng, patronlar və gilizlər aşkar olun­ub.

Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov ərazi­yə ezam edilib, hadisə yerinə baxış keçirilib, sərhəd pozucu­larının şəxsiyyətinin müəyyən edilməsinə və əməliyyat-axtarış tədbirlə­rinin davam etdiril­məsinə dair zəruri tapşırıqlar verib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Füzuli Hərbi Prokurorluğun əmək­daşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hə­rə­kət­ləri həyata keçirilir. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_e642bf95-9c42-402c-84dc-853afbe426cd.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_9c5c995c-6b14-4cf0-814d-40e31797b277.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_7f002765-5454-49cf-ad12-31db99c37957.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1a4601bc-7250-40ec-a811-356b2ae68663.jpg

 

19 Oktyabr 2019 Radikal müxalifətin ikinci oktyabr iflası
19 Oktyabr 2019 BŞBPİ-nin İdarə rəisi qanunsuz mintinq haqda: "Saxlanılanlar var, tədbir görüləcək"
19 Oktyabr 2019 Azərbaycanda gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19 Oktyabr 2019 "Mitinqə görə avtobusların hərəkət sxemi dəyişdirildi" - BNA
19 Oktyabr 2019 “28 May”, “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarının fəaliyyəti dayandırılır
19 Oktyabr 2019 Azərbaycanda enerji içkilərinin satışı ilə bağlı gözlənilməz - QƏRAR
19 Oktyabr 2019 NATO Türkiyə və ABŞ-ın bu addımını alqışladı
19 Oktyabr 2019 Avropada polislər mitinqləri belə dağıdırlar - VİDEO
18 Oktyabr 2019 Bələdiyyə seçkilərinin vaxtı açıqlandı
18 Oktyabr 2019 Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib
18 Oktyabr 2019 "Maşın"ın qalibi o oldu - Ad açıqlandı
18 Oktyabr 2019 İlham Əliyev: Köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır - VİDEO
18 Oktyabr 2019 Əli Kərimlinin məqsədi ortaya çıxdı - Səs yazısı yayıldı - VİDEO
18 Oktyabr 2019 İlham Əliyev Xalq artistinə ev verdi
16 Oktyabr 2019 Prezident yeni dövlət qurumu yaratdı - Fərman
16 Oktyabr 2019 "Traktor Sazi"nin oyunçusu cəzalandırıldı - Türkiyəyə görə - VİDEO
16 Oktyabr 2019 Avtomobili olanlara şad xəbər - Azərbaycanda ilk - YENİLİK
15 Oktyabr 2019 Notr Dam kilsəsindəki yanğın barədə serial hazırlanır - VİDEO
15 Oktyabr 2019 Bakıda kişi qonşusunu güllələdi
14 Oktyabr 2019 Prezidentin diplomatik zərbəsi Ermənistanın Baş nazirini “siyasi nokaut”a saldı