b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_sssssssssgg.jpg

Dövlət Miqrasiya Xidmətinin (DMX) xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarına xüsusi rütbəyə görə əlavə haqqın məbləğləri təsdiqlənib.

Missiya.Az xəbər verir ki, bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Bununla da Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli 106-6 və 2018-ci il 12 aprel tarixli 146-9 nömrəli qərarları olunub.

Nazirlər Kabineti qərara alıb ki, 1 nömrəli əlavə ilə DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri təsdiq edilsin.

2 nömrəli əlavə ilə DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarına xüsusi rütbəyə görə əlavə haqqın məbləğləri təsdiq olunub.

Qeyd edək ki, qərarlar Azərbaycan Prezidentinin 2019-cu il 18 iyun tarixli 1250 nömrəli Sərəncamının 2.2-ci bəndinə əsaslanır.

Bu qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

Xatırladaq ki, bu ilin iyunun 18-də Prezident İlham Əliyev DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb. 

Sərəncamla qurumun xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

20 Sentyabr 2019 Fuad Qəhrəmanlının ikinci qızı bacısını dəstəklədi
19 Sentyabr 2019 Fuad Qəhrəmanlının qızı: "Atam qızının dizini, arvadının barmaqlarını sındırıb"
19 Sentyabr 2019 Hüseyn Abdullayevə cəza istənildi, təcili yardım çağırıldı
19 Sentyabr 2019 Hacı Əliyev əsəbiləşib özündən çıxdı: Hakimlərə hücum etdi - VİDEO
18 Sentyabr 2019 Deputatların pensiyası artırıldı
18 Sentyabr 2019 Elina faciəsində yeni şübhəli ad - O kimdir?
18 Sentyabr 2019 Bakıda helikopter qəzaya uğradı: Pilot ağır xəsarət alıb
17 Sentyabr 2019 Məhkəmə Koçaryanla bağlı qərar verdi
17 Sentyabr 2019 Elinanın məktəbi ilə bağlı Təhsil nazirindən - Qərar
16 Sentyabr 2019 Mixael Şumaxer xəstəxanadan buraxılıb
13 Sentyabr 2019 İlham Əliyev 208 nömrəli məktəbdə yaradılan şəraitlə tanış olub - FOTO
13 Sentyabr 2019 DYP: Avtomobilinizdə bu olmasa 10 AZN cərimələnəcəksiz
12 Sentyabr 2019 Metronun daha bir stansiyası BAĞLANIR
12 Sentyabr 2019 Prezident təmir olunan məktəbdə
11 Sentyabr 2019 Leyla Əliyeva Bakı bulvarında sərgidə - FOTO
11 Sentyabr 2019 Bu təhsil işçilərinin maaşı artırılır - QƏRAR
10 Sentyabr 2019 Yerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEO
10 Sentyabr 2019 Sami Yusuf "Sığmazam"ı oxudu, rekord baxış topladı - VİDEO
09 Sentyabr 2019 Aşurada yürüşlərin keçirilməsinə imkan verilməyəcək - RƏSMİ
06 Sentyabr 2019 Vilayət Eyvazov bu şəxsləri rəis təyin etdi