b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_photo_244fdf.jpg

Bu il ərzində işlərinə yol verdikləri nöqsanlarına görə altı rayon təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb və əmək müqavilələrinə xitam verilib.

Missiya.Az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, bəzi hallarda təhsildə qəbul edilən normativ qaydalar yerlərdə tam şəkildə icra edilmir:

"Bir il bundan əvvəl keçirilən analoji konfransda bu istiqamətdə olan məsələnin üzərində çox dayanmadım. Bu məsələlərin növbəti tədris ilərində aktual olmaması və müzakirə predmetinə çevrilməsinə ehtiyac olmamasını arzu edirəm. Təhsil sistemində hər şeyin elektron qaydada aparılması neqativ halların sayını azaltsa da, il ərzində keçirilən nəzarət tədbirləri zamanı bir sıra neqativ halların hələ də mövcud olması öz təsdiqin tapıb".

Nazir bildirib ki, 10 nəfər rayon təhsil şöbəsinin rəhbəri və üç nəfər ərazi maliyyə hesablaşma mərkəzinin rəhbərləri işlərində verdiyi nöqsana görə intizam tədbirləri tətbiq edilib:

"Nöqsanlara görə səkkiz nəfər məktəb direktoru, altı nəfər direktor müavini müqaviləsinə xitam verilib. 29 nəfər direktor və 37 nəfər direktor müavini intizam tədbirləri tədbiq edilib.

80 nəfər məktəb direktorunun əmək müqaviləsinin müddəti qurtaran zaman növbəti dəfə əmək müqaviləsinin uzadılması barədə qərara alınarkən davamlı şəkildə nəticələrin aşağı olması onların müqavilələrin uzadılmamasına qərar verilib.

Yeddi hal üzrə materiallar toplanaraq hüquqi qiymət verilməsi üzrə aidiyyəti qurumlara göndərilib. Fikrimcə, bu məsələrə ciddi yanaşmalıyıq. Bu nöqsanlara yol verən şəxslər öz cəzalarını alacaqlar".

22 Fevral 2020 Kreml: Rusiya və Türkiyə prezidentləri İdlib mövzusunda razılığa gəliblər
22 Fevral 2020 Valideynlərin nəzərinə - Növbəti təhlükəli oyun peyda olub – VİDEO
22 Fevral 2020 Məzahir Pənahov hərbi hissələrdəki səsvermədən danışdı
22 Fevral 2020 Azərbaycanda bu şəxslərin maaşları artacaq
21 Fevral 2020 İranda koronavirusdan ölənlərin sayı artır
21 Fevral 2020 Ərdoğan yenidən Azərbaycana gələcək - Vaxt açıqlandı
21 Fevral 2020 Cadu və qara magiyadan istifadə edənlərə XƏBƏRDARLIQ - VİDEO
20 Fevral 2020 Mehriban Əliyevadan İtaliyaya dövlət səfəri ilə bağlı paylaşım - FOTO
20 Fevral 2020 DTX icra başçısını rüşvət aldığına görə HƏBS EDİB
20 Fevral 2020 Azərbaycanda seçkilərlə bağlı möhtəşəm yenilik - Telefonla ola bilər
20 Fevral 2020 Bakı metrosunda pulsuz dəqiqələr - Sərnişinlər ödənişsiz olaraq stansiyalara buraxılıb
20 Fevral 2020 Koronavirus əleyhinə dərmanın adı açıqlandı
19 Fevral 2020 Diaspor sədrindən səfirimizə ağır ittihamlar: “Bizə düşmənçilik edir”
19 Fevral 2020 Bakıda iki nəfər Koronavirusa görə xəstəxanaya yerləşdirildi
18 Fevral 2020 Mahir Cürət: "Aydın Xırdalanlının ölümü mənim belimi qırdı"
18 Fevral 2020 Yanğında ziyan çəkən sahibkarlara kompensasiya ödəniləcək? - RƏSMİ AÇIQLAMA
18 Fevral 2020 "Sədərək"dəki yanğın söndürüldü - Nazir müavini hadisə yerindədir - VİDEO
17 Fevral 2020 MSK 7 məntəqənin nəticələrini etibarsız saydı
17 Fevral 2020 Bu dairələrin şikayəti təmin edilmədi
17 Fevral 2020 Şəbnəm Tovuzlunun arxiv videosu yayıldı