b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_asdfdsghdfhfdgdfhgfhj.jpg
92-93-cü illərdə Azərbaycan Ordusunun hansı vəziyyətdə olduğunu Əli Kərimlinin ətrafındakı trollar bilməyə bilər. Ancaq onlara “nizami ordu” və “vahid komandanlıq” haqqında nağıllar danışmaq olar.

Həmin virtual juliklərin böyk əksəriyyəti taleyi oyuna qoyulmuş dünyadan bixəbər uşaqlardır və təbii ki, onlar 90-cı illərin əvvəllərində Ordu birləşmələrini döyüş mövqelərindən çəkərək Bakıda hakimiyyət uğrunda gedən amansız mübarizəyə cəlb edənlərin hansı siyasi hoqqalardan çıxdıqlarını görməyiblər. Cəbhədə “unudulan” batalyonlar çarəsiz halda geri çəkiləndə bu gün Əli Kərimlinin başına topladığı əmzikli uşaqların heç “proyekti” də çəkilməmişdi. Pampersdən təzəcə ayrılmış bu uşaqlar cəbhədə erməninin qarşısında dayanmalı olan hərbi texnikanın Milli Məclis önündə mövqe tutması, qardaşın qardaşa silah tuşlaması kimi səhnələrlə qarşılaşmayıblar... Nazirlərin özlərinə silahlı dəstələr formalaşdırmasından, millət qan ağladığı günlərdə “teloxranitel” adı ilə ortalıqda dolaşanların Bakıda “razborkalar”a girişməsindən, restoranlarda kef məclisləri qurub, “Rəhim bəyin şərəfinə” atəş sırası ilə əyləncəyə “rəng” qatmalarından da xəbərləri yoxdur. Əli Kərimli yalnız onlara təmsil olunduğu hakimiyyətin “qüdrətli ordu” formalaşdırdığına dair moizələr oxuya bilər. Amma...

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_shekil2ddddf.jpg

Həmin tarixi yaşayanlar Kərimlinin havalı söhbətlərini “yeməzlər”!

Cəbhədən gələn səslər hələ də qulaqlarda cingildəyir:

“Allah Bakıda oturanlara lənət eləsin!”

“Bizə kömək gönədrməliydilər, amma başları kreslo davasına qarışdı...”

“Silahımız, texnikamız yoxdur, döyüşə bilmirik”

“Biri deyir mövqeləri dəyişin, o biri əmr göndırir ki, qalın yerinizdə. Başımızı itirmişik”

“Bakıya apardıqları tankları geri qaytarsınlar, Kəlbəcərə kömək lazımdır!”


b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_shekil3d.jpg

Beləcə bir-birinin ardınca təhvil verdilər rayonları. Əvvəlcə hakimiyyət uğrunda savaş, sonra hakimiyyətdaxili çəkişmə, Prezidentə – Ali Baş Komandana sayğısızlıq, tabeolmama, idarəçilikdə naşılıq, milli qəhrəman adı verib Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi təyin etdikləri adamın, “Hamınızın cəmdəyini Azadlıq meydanından asacam” deyib qiyama qalxması və daha nələr, nələr, səndələyən ordunu tamamilə diz üstə çökdürdü...

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_shekil6.jpg

İndi Əli Kərimli yazır ki, bəs Heydər Əliyev hakimiyyətə gələndən sonra “AXC batalyonları” adı ilə torpaqlarımızı qoruyan 33 batalyonu tərxis etdi və bununla da ermənilərin daha 6 rayonu işğal etməsinə şərait yarandı. Yalnız siyahılarda mövcud olan şəxsi-heyəti, silahları banditlər arasında dığıdılmış batalyonları buraxmayıb nə etməliydilər ki? Silahlı Qüvvələr adına nə varsa hamısının darmadağın edildiyi, əsgərə verməyə qidanın, geyindirməyə paltarın, döyüşməyə silahın, sürməyə texnikanın olmadığı halda Füzulinin, Cəbrayılın da Şuşanın, Ağdamın... taleyini yaşaması niyə təəccüb doğurmalıdır ki? Daha 6 rayonun işğal olunmasına şəraiti Şuşanı, Kəlbəcəri... satanda yaratmışdılar! Rəhim Qazıyev gəlib Prezidentin də iştirak etdiyi mitinqdə ayağını səkinin üstünə qaldıraraq, “Beynimi çöndərməyin” şəklində çıxış edəndə yaradılmışdı o şərait!

Cəbrayılın da, Füzulinin də fətvasını, Bakıdan kömək gələcəyi ümidilə sonuncu patronuna qədər döyüşən, ölümə göndərildiyinin – SATILDIĞININ fərqinə belə varmayan qeyrətli oğulları mühasirəyə saldırıb qanına qəltan etdirəndə vermişdilər!

Neçə-neçə bölüyü bilə-bilə, məqsədli şəkildə qırğına verəndə, qələbə əzmi ilə müharibəyə yollanan gəncləri yalançı əməliyyatlarla erməninin ovcunun içinə atanda razılaşmışdılar daha 6 rayonun itkisilə!

Düşmənin Füzuliyə, Cəbrayıla... yolu, ermənini öldürməli olan silahların müxtəlif cinayətkar qruplaşmaların əlində azərbaycanlı qanı tökməsilə açılmışdı!.. 

İndi 6 rayon barədə “yanğılı” danışmaqla tarixin üzərinə pərdə çəkmək mümkün deyil.

Cəbhədən gələn səslər hələ də qulaqlarda cingildəyir:

“Allah Bakıda oturanlara lənət eləsin!..”

Elədi də!

Nicat Dağlar

14 Sentyabr 2019 Ağsaqqallar Şurası islahatlarla bağlı konfrans keçirdi - Qəbələdə - FOTO
13 Sentyabr 2019 Mehriban Əliyeva Kürdəxanıda - FOTO
13 Sentyabr 2019 Vilayət Eyvazovdan YENİ ƏMR – Polis hərəkətə keçdi
13 Sentyabr 2019 Deputat: Jurnalistlər münaqişə zonasındakı vəziyyətlərə hazır olmalıdırlar
13 Sentyabr 2019 Bu da Mahir Əmrəlinin qarət olunan evi - VİDEO
13 Sentyabr 2019 Mehriban Əliyeva yorulmaz fəaliyyəti ilə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb - VİDEO
11 Sentyabr 2019 Arda Turan həbs edildi - 2 il 8 ay
11 Sentyabr 2019 Altı rayon təhsil şöbəsinin rəhbəri işdən çıxarılıb
10 Sentyabr 2019 Sabahın hava proqnozu açıqlanıb
10 Sentyabr 2019 Bu gün Aşuradır
10 Sentyabr 2019 Valideynlərə ŞAD XƏBƏR - Şagirdlərin çantaları yüngülləşdirilir - VİDEO
09 Sentyabr 2019 “Xainlərin məkirli planları məhvə məhkumdur” – Ramin Əhmədov
09 Sentyabr 2019 Azərbaycanda hər kəsi təsirləndirən eksperiment - Son pullarını əsgərə verdilər - VİDEO
09 Sentyabr 2019 "Kurtlar Vadisi" geri dönür
07 Sentyabr 2019 İstanbul- Bakı avtobusu qəzaya düşdü - Ölən və yaralananlar var
06 Sentyabr 2019 Ağsuda kəndirlə boğulan gəlin sevgilisi ilə tutulubmuş - TƏFƏRRÜAT
06 Sentyabr 2019 Ərəb şahzadəsindən güc ismarıcı: İranı 8 saata məhv edə bilərik
05 Sentyabr 2019 Azərbaycanda məmur iş başında VƏFAT ETDİ
03 Sentyabr 2019 Ərdoğanın bu FOTOsu qonşu ölkəni qarışdırdı - Qəzetlərə manşet oldu
03 Sentyabr 2019 Mübariz İbrahimovun şəkli ilə sərhəddi vizasız ilk o keçdi - VİDEO