b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_15145490201_1.jpg
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 2002-ci il təvəllüdlü Əli Qasımovun (ad və soyad şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Missiya.Az xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Elan olunmuş ittihamla Əli özünü təqsirli bilib. Hadisə baş verən vaxt Əlinin 16 yaşı olub. O, Elvin Əliyevi namus üstündə vurduğunu deyib.

“Anamla telefonda danışırdı. Mən də şübhələndim. Sonra səs yazısına qulaq asdım. Bir kişi bir qadına münasibət qurmaq üçün nə demək lazım idisə, deyirdi. Ən çox da sonuncu sözünə görə onu vurdum”, – deyə Əli bildirib.

“Sonda sağollaşanda anama dedi ki, sağ ol, balam. Bu sözdən sonra əsəbiləşdim. Zəng edib görüşmək istədiyimi dedim. Sumqayıtda “ASAN xidmət”in arxasında görüşdük. Mən ondan bu hərəkətinin səbəbini soruşdum. İnkar elədi. Mən də ona dedim ki, kimsə sənin anana belə hərəkət etsə, xoşuna gələr? Sonra mübahisə elədik. Bıçağı çıxarıb onu vurdum”.

Məhkəmədə zərərçəkmiş Elvin Əliyev də dindirilib. Hazırda səhhətində heç bir problem olmadığını deyən Elvin Əliyev təqsirləndirilən şəxsdən şikayəti olmadığını qeyd edib.

Proses iyunun 18-də davam etdiriləcək.



26 May 2020 Bakıda beşmərtəbəli yaşayış binasında uçqun
26 May 2020 Rusiyadan Azərbaycana reyslər bu tarixdən açılacaq
26 May 2020 Bakıda kimliyi bilinməyən şəxs mağazalara girib, borcları ödədi - VİDEO
25 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Pirsaat Baba ziyarətgahında - FOTO
24 May 2020 “Şuşadakı “inaqurasiya” oyunu ermənilərin diqqətini böhrandan yayındırmaq və danışıqları pozmaq cəhdidir” – Deputat Aqil Məmmədov
24 May 2020 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
23 May 2020 Rüstəm Usubova ağır itki
23 May 2020 Bayram namazı ilə bağlı QMİ-dən AÇIQLAMA
23 May 2020 SON DƏQİQƏ! "Alov Qüllələri"nin ətrafındakı meşəlik yanır - VİDEO
22 May 2020 Prezident xalqı təbrik etdi
22 May 2020 İlham Əliyevdən yeni SƏRƏNCAM
21 May 2020 ATV-nin koronavirusa yoluxan əməkdaşları danışdı - VİDEO
20 May 2020 Azərbaycanlı zabit koronavirusdan dünyasını dəyişdi
20 May 2020 Ramazan bayramında rayonlara gediş-gəliş açılacaq? - RƏSMİ CAVAB
19 May 2020 Prezidentdən əhaliyə koronavirusla bağlı ÇAĞIRIŞ
19 May 2020 Prezidentdən yeni təyinat – SƏRƏNCAM
19 May 2020 Sosial yardımın təyin olunması ilə bağlı - YENİLİK
18 May 2020 Prezident FƏRMAN İMZALADI
18 May 2020 Baş prokurordan yeni TƏYİNATLAR
15 May 2020 İşsizlər üçün VACİB XƏBƏR - Təklif edilən işlər açıqlandı - SİYAHI