b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_60071924_2439393576297826_7086318871551934464_n.jpg

“Azərbaycan Televiziyasında çoxdan gözlənilən yeniliklər artıq hiss olunmaqdadır. Son üç-dörd ayda milli televizyamızda baş verən yeniliklər, maraqlı dəyişikliklər xaricdə yaşayan azərbaycanlılar üçün iki qat sevincdir”.

Missiya.Az xəbər verir ki, bunu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov bildirib.

“Baş verən yenilikləri xarici ölkələrdə yaşayan azərbaycanlılar daha yaxşı hiss edir desəm səhv etmərəm. Çünki Vətəndən uzaqlarda yaşasaq da, onun ictimai-siyasi, sosial-mədəni həyatı hər zaman bizi düşündürür. Bunu görmək, doğma ölkən haqqında anında xəbərdar olmaq üçün müasir informasiya imkanlarına malik televiziya kanalı lazımdır ki, bu missiyanı da Azərbaycan Televiziyası son aylar məharətlə öz öhdəsinə götürüb. Artıq dünyanın əksər ölkələrində yayımlanan AzTV Azərbaycanı dünyaya, dünyanı isə Azərbaycana tanıtdırmaq istiqamətində xeyli irəliləyib. İstər peyk, istərsə də internet üzərindən online yayımı ilə bu televiziya kanalı tamaşaçılarının sayını da xeyli dərəcədə artırıb. Yeni-yeni verilişlər, tok-şoular, xüsusilə sosial mediada və ictimai fikrin formalaşmasında fəallıq artıq Azərbaycan Televizyaının iş prinsipinə çevrilib. Biz bunu müxtəlif təmaslardan çox aydın hiss edirik", - H.Cavadov qeyd edib.

Diaspor sədri bildirib ki, yeni rəhbərlik AzTV-də sanki böyük bir tilsimi qırdı: "Rəhbərlik milli televizyamızın hər bir azərbaycanlının televziyası olmasını əməli ilə isbat etdi. Aydın hiss olunur ki, Azərbaycan Televziyasına peşəkarlar cəlb olunur. Bu gün Azərbaycan Televiziyası həyatın bütün sahələrinə diqqət yetirir və obyektivinə tuş gələnləri yaradıcı heyətinin təqdimatında peşəkarlıqla efirə təqdim edir. Ölkədəki siyasi, iqtisadi, sosial və digər sahələrdə aparılan islahatları olduğu kimi təqdim edən Azərbaycan Televiziyası xaricidə yaşayan azərbaycanlılar üçün həm də bir turizm elçisidir. Vətənimiz haqqında yazılı informasiya resursları ilə yanaşı, həm də bu günün AzTV-si vasitəsilə məlumatlanırıq. Ən əsası da odur ki, günü-gündən müasirləşən AzTV etibarlılığını da qoruyub saxlayır. Bəli, AzTV müasirləşir, gəncləşir, dinamikləşir. Ukraynada fəaliyyət göstərən azərbaycanlılar olaraq Azərbaycan Televiziyasının sürətlə yenilənməsi bizi çox məmnun edir və bu telekanalda aparılan köklü dəyişikliklərdən sonra diaspor fəaliyyətinə göstərdiyi diqqət və qayğıdan çox razıyıq. Bu yeniliklərdən biz də stimul alırıq. Bizim ölkənin hüdudlarından kənarda Azərbaycanın tanıdılması, onun haqq səsinin dünyaya çatdırılması istiqamətində gördüyümüz işləri işıqlandıran Azərbaycan televiziyasına uğurlar arzulayırıq". (report)

17 İyul 2019 Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələyə vəsiqə qazandı
17 İyul 2019 Boris Conson müsəlmanları “geridəqalmış” adlandırdı
17 İyul 2019 Baş prokurorluq Elinanın ölümü ilə bağlı açıqlama yaydı
17 İyul 2019 Mühacir biznesi - AXCP fəalının sensasion səs yazısı - AUDİO
17 İyul 2019 Bu ərazilərdə gecəyə qədər su olmayacaq
17 İyul 2019 “Dövlətimizi aşağılamağa çalışanların milli qüruru yoxdur” – Ramin Əhmədov
17 İyul 2019 Azərbaycanda maraqlı toy – Hər kəsin gözü önündə ... – VİDEO
16 İyul 2019 "Ədavət toxumu səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək" - Əli Həsənov
16 İyul 2019 Saakaşvili gürcü və Azərbaycan xalqlarına müraciət etdi
16 İyul 2019 Aparıcı Fira uşaqlarının otağına kamera qurdu: baxanda ŞOKA DÜŞDÜ - VİDEO
15 İyul 2019 Saakaşviliyə Baş nazir postu təklif edildi - VİDEO
15 İyul 2019 Bakıda məşhur ticarət mərkəzi yanır
15 İyul 2019 DİN əhaliyə müraciət etdi - 30 manat cərimələncəksiniz
14 İyul 2019 Xan çinarının qırılması nəticəsində yaralananların adları açıqlandı - SİYAHI
14 İyul 2019 Prezident Şəkidə baş vermiş hadisəni nəzarətə götürdü, FHN helikopter göndərdi
13 İyul 2019 Vilayət Eyvazovdan daha bir - TƏYİNAT
13 İyul 2019 Goranboydakı atışma ilə bağlı - RƏSMİ MƏLUMAT
13 İyul 2019 Diaspor Komitəsində Cümhuriyyət varislərinə medallar təqdim olunub
13 İyul 2019 Təhsil naziri əmr verdi - Dərs ili nə vaxt başlayıb, nə vaxt bitəcək?
12 İyul 2019 Əli Həsənov: "Müasir Azərbaycan Heydər Əliyevin yadigarı və şah əsəridir"