b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1557810731_1557561784_rak_93.jpg
18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə "Məktəblilər üçün muzey həftəsi”nə start verilib.
 
Təhsil Nazirliyindən Missiya.Az-a bildirilib ki, "Məktəblilər üçün muzey həftəsi”nin təşkilində məqsəd 2019-cu ilin "Nəsimi ili” elan edilməsi ilə bağlı araşdırma və əlyazma nümunələrini əyani şəkildə tanıtmaq, şagirdləri ölkəmizin qədim tarixi, milli-mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaqdır.
 
Proqram Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyilə keçirilir.
 
"Muzeylər və Nəsimi irsi” proqramı üzrə təşkil olunan layihə çərçivəsində məktəblilər muzeylərin kolleksiya fondu ilə tanış olacaq və ölkəmizin milli-mənəvi dəyərləri barədə geniş məlumat əldə edəcəklər.
 
Proqram ümumilikdə Bakı şəhəri üzrə 270-ə yaxın ümumtəhsil məktəbini, gimnaziya və liseyi əhatə edir. Ekskursiyalarda hər məktəbdən 30 nəfərlik qruplar olmaqla bütün şagirdlər iştirak edə bilərlər. Ümumtəhsil müəssisələri ümumilikdə 28 muzeydə təşkil olunacaq ekskursiyalarda iştirak üçün qrup sayı haqqında öncədən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə məlumat verməlidir.
 
"Muzeylər və Nəsimi irsi” proqramı üzrə ekskursiya olunacaq məkanlara Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Müasir İncəsənət Muzeyi, AMEA-nın Təbiət Tarixi Muzeyi, Miniatür Kitab Muzeyi, "Qala” Dövlət Arxeoloji-Etnoqrafiya Qoruğu, "Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Milli Təhsil Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, YARAT Müasir İncəsənət Mərkəzi, YAY Gallery, Tusi Bohm Planetari, habelə Abdulla Şaiqin, Məmməd Səid Ordubadinin, Bülbülün, Cəlil Məmmədquluzadənin, Səməd Vurğunun, Üzeyir Hacıbəylinin, Nəriman Nərimanovun, Qara Qarayevin, Niyazinin və Tahir Salahovun ev-muzeyləri daxildir.
 
Qeyd edək ki, proqramın əhatə etdiyi Bakı məktəbləri seçilərkən onların muzeylərə yaxın məsafədə yerləşməsi nəzərə alınıb.
 
"Məktəblilər üçün muzey həftəsi” mayın 18-dək davam edəcək. Muzeylərə giriş ödənişsizdir.
20 May 2019 Özbaşınalıq edən rəis işdən qovuldu - Gömrükdən şikayətçiyə təşəkkür
20 May 2019 Bir beynəlxalq tədbirə sözardı - Bahar Muradova yazır
20 May 2019 Mahirdən soyadı ilə bağlı növbəti addım - FOTO
20 May 2019 Mehriban Əliyeva və Leyla Əliyeva ziyarətgahda - FOTOLAR
18 May 2019 “Jurnalistikanın inkişafı ilə bağlı dövlət proqramı olmalıdır” – Əflatun Amaşov
18 May 2019 Əli Mirəliyev efirdə oğlunu biabır etdi - VİDEO
18 May 2019 Bakıda qız gecə saatlarında anasının başına oyun açdı - VİDEO
17 May 2019 Radj Qasımov: Adımın cinayətdə hallanması təxribatdır
17 May 2019 “Röyanın arzusu ürəyində qalıb” - Rasim Balayev
16 May 2019 "Toyum olmayıb, olmayacaq da" - Anar Mədətov
16 May 2019 Hakerlər “Avroviziya”nın translyasiyasına müdaxilə ediblər
16 May 2019 Əhaliyə ilanlarla bağlı vacib XƏBƏRDARLIQ!
15 May 2019 Nizami rayonunda ilin birinci rübünün yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib - FOTO
15 May 2019 Sadəcə ünsür – Səbuhi Məmmədli yazır
15 May 2019 Diaspor lideri AzTV-dəki yeniliklərdən danışdı - "Tilsim qırıldı..."
14 May 2019 Alişanın Ərdoğanla bağlı paylaşımı gündəm oldu - FOTO
13 May 2019 Ərəb qadınlardan Kıvança iki milyonluq təklif
11 May 2019 Rasim Balayev prezident və xanımı ilə görüşdü - FOTO
10 May 2019 Ukrayna Azərbaycanlıları Radası Ulu öndəri anıb - Fotolar
10 May 2019 Mahir atasının adından da, soyadından da imtina etdi - FOTO