AZ   |   RU
"Narkomaniyaya yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilib

Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Şahhüseynli kənd tam orta məktəbində "Narkomaniyaya yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilib.

Missiya.Az
xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, eləcə də Gənclər evinin nümayəndələri, polis şöbəsinin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər. Görüşdə çıxış edən rəis müavini, polis polkovnik-leytenantı Urman Ağayev narkotik vasitələrin insan sağlamlığına vurduğu zərərlərdən danışıb.  

O, bildirib ki, bütün dünyanın bəlasına çevrilən və “ağ ölüm” kimi tanınan bu zərərli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı qətiyyətli mübarizə tədbirləri həyata keçirilir və hər gün bu əməl ilə məşğul olan onlarca cinayətkar saxlanılaraq məsuliyyətə cəlb olunur. Daha sonra isə tədbirdə iştirak edən digər iştirakçılar erkən nigaha daxil olma və dini radikalizmə qarşı mübarizə mövzularında çıxışlar edərək, məktəblilərə geniş məlumatlar veriblər.

Tədbirin sonunda məktəblilərə narkomaniyanın  zərərlərini əks etdirən videoçarx nümayiş olunub, onları maraqlandıran suallar cavablandırılıb.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 24-11-2022, 16:01