AZ   |   RU
Oksana Rəsulova məşhur aparıcıdan niyə ayrıldı?
 
Aktrisa Oksana Rəsulova 5 illik həyat yoldaşı Şəhriyar Əbilovdan ayrıldığını elan edib. 

Missiya.Az xəbər verir ki, bu barədə sənətçi instaqram hesabında foto paylaşaraq məlumat yayıb.

Məlumatda aktrisa, izləyiciləri ilə mühüm bir mövzunu paylaşmaq istədiyini qeyd edib:

“Bunu ona gorə sizinlə bölüşürük ki, hər zaman mənə və Şəhriyara dəstək olmusuz, bunu bilmək haqqınızdır. Bildiyiniz kimi, biz Şəhriyarla 12 ildən çox dostluq edirik. 5 il bundan öncə qərarlaşdıq ki, ailə həyatı quraq, kəbin etdik, sonra isə oğlumuz Osman dünyaya gəldi. Buna görə Allah şükür edirik. Bu xəbərə çox insanlar sevindi və bizi təbrik etdi, buna görə izləyicilərimizə minnətdarıq.

Rəsulova, eyni zamanda,  həyat yoldaşından ayrılsa da onunla dost kimi qalacağını vurğulayıb:

“Təəssüf ki, çox yaxın dost olduğumuza görə, bizim münasibətimiz ailədən çox dost münasibəti kimi davam edirdi. Bir neçə dəfə ailə olmağa cəhd etdik, ər arvad olmağa çalışdıq alınmadı. 1 il öncə biz qərara gəldik ki kəbinimizi pozaq, dost kimi münasibətimizi qoruyub saxlayaq. Hər ikimiz üçün daha yaxşı oldu. Onu da demək istəyirik ki, biz Şəhriyarla hazırda çox yaxın dost kimi qalırıq və ömrümüzün sonuna qədər hər ikimiz övladımızın yanındayıq. Allah bütün balaları qorusun”.

Leyla SƏMƏNDƏR
Missiya.Az





  • 7-09-2022, 16:30