AZ   |   RU
Nizami rayonunda “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir”mövzusunda ziyalılarla görüş keçirilib


Nizami Rayon icra Hakimiyyətinin, YAP Nizami rayon təşkilatının və 201 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda geniş ictimaiyyət nümayəndələrinin iştirakıilə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova və Bakı Dövlət Universitetinin professoru İradə Hüseynova ilə 25 may 2023-cü il tarixində 201 nömrəli tam orta məktəbdə görüş keçirilib.


Missiya.Az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə “Azərbaycan-yurdum mənim” adlı sərgiylə tanış olublar.


Azərbaycan Dövlət Himninin səsləndilməsi ilə başlayan tədbirdə Nizamı Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək bildirib ki müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz həyat məktəbi, hər anı qızıl hərflərlə yazılmış şanlı tarixdir.


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Azərbaycanda milli özünüdərkin, intibahın yaranması və formalaşması Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Lider 1969-cu ildə hakimiyyətə gəld ikdən sonra ölkənin mütərəqqi idarə olunması modelini yaradaraq Azərbaycanda milli özünəqayıdış və milli azadlıq ruhunu yüksəltmişdir.


Görüşdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova və Bakı Dövlət Universitetinin professoru İradə Hüseynova çıxış edərək Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətindən, zəngin dövlətçilik təcrübəsindən Ümümmilli Liderlə görüşlərindən, xatirələrindən söhbət açıblar, geniş məlumatlar veriblər.


Xüsusilə vurğulanıb ki, Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir, xalqımız, bu günkü və gələcək nəsillər bu milli sərvətdən daim bəhrələnəcəkdir.


Görüşün sonunda 201 nömrəli tam orta məktəbin kollektivinin hazırladığı “Dünənim, bu günümsən - səninlədir gələcək!.." adlı ədəb -bədii kompozisiya nümayiş olunub.


Leyla SƏMƏNDƏR

Missiya.Az




  • 25-05-2023, 16:10