AZ   |   RU
Heç kim Kılıçdaroğluna inanmır - Dünya mətbuatı Türkiyədəki seçkilərdən yazır


Prezident seçkilərinin ikinci turu yaxınlaşdıqca dünya mətbuatı Türkiyədəki seçkiləri diqqətlə izləyir.

Missiya.Az 
Türkiyə mediasına istinadən xəbər verir ki, 14 may seçkilərinə qədər CHP lideri və prezidentliyə namizəd Kamal Kılıçdaroğlunu açıq şəkildə dəstəkləyən Qərb mediası mayın 14-də seçki qutusundan çıxan prezident Rəcəb Tayyib Ərdoğanın səslərini görəndə xəyal qırıqlığı yaşadı.

Avropa mənşəli “Middle East Eye” nəşrində “Qərb niyə bu qədər yanıldı?” adlı məqalə dərc edilib. Ərdoğanın ilk turdakı çıxışının müxalifətə böyük təsir göstərdiyini yazan qəzet: "Müxalifətin rəsmi şəkildə özünə gəlməsi 4 gün çəkdi. Elə bir qarışıqlığa düşdülər ki, Kamal Kılıçdaroğlu "mənəm" demək üçün video yayımlamalı oldu".

Nəşrdə o da qeyd olunub ki, "Heç kim Kılıçdaroğluna inanmır. Onun hazırkı kampaniyası ən zəifi günahlandırmaq üzərində qurulub”.

Zərintac Mayisqızı
Missiya.Az




  • 25-05-2023, 14:41