AZ   |   RU
Türkiyədə zəlzələ süni yaradılıb?- Ekoloq Missiya.Az-a danışdı


Azərbaycanlı ekoloq zəlzələnin süni yaradılması ilə bağlı fikirləri alt-üst etdi.

Türkiyədə baş verən zəlzələdən sonra bir sıra ekspertlər bir-birini təkzib edən iddialar səsləndirirlər. Bəzi ekspertlər zəlzələnin süni yaradılması iddiasını önə sürürlər. Maraqlıdır ki, 2-3 gün öncə də Bəyaz.TV-də yayımlanan verilişlərin birində araşdırmaçılar HARP texnologiyası ilə Türkiyədə süni zəlzələ yaradılacağı iddiasını irəli sürüblər.

Məsələ ilə bağlı Missiya.Az-a danışan ekoloq Telman Zeynalov bu iddiaların əsasının olmadığını bildirdi. Ekoloq əlavə etdi ki, dünyada süni zəlzələ yarada biləcək 2 dövlət var - Rusiya və Amerika: “Türkiyə NATO-nun üzvüdür. Deməli Amerika bu addımı atmaz. Türkiyənin son illər Rusiya ilə də münasibətləri dostluq prinsiplərinə söykənir və yüksək səviyyədədir. Deməli Rusiya variantı da istisnadır. Bu təbii baş vermiş zəlzələdir”. 

Əli İbrahimov
Missiya.Az


  • 6-02-2023, 16:50