AZ   |   RU
Rusiya Federasiyası yeni raket hücumuna hazırlaşır
 
Rusiya qoşunları Ukraynaya yeni raket hücumuna hazırlaşır. 

Missiya.Az
xarici mediaya istinadən xəbər verir ki, bu barədə Cənubi Ukrayna Müdafiə Qüvvələrinin Birləşmiş Koordinasiya Mətbuat Mərkəzinin rəhbəri Nataliya Qumenyuka məlumat verib.

Nataliya Qumenyukanın sözlərinə görə, bunu düşmənin Qara dənizdəki manevrləri göstərir.

"Hazırda gəmi qrupu manevrləri davam etdirir. Biz müşahidə edirik ki, bu müəyyən bir hazırlıqdan xəbər verə bilər ",-deyə Qumenyuka bildirib.
 
Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 2-02-2023, 13:07