AZ   |   RU
“Finlandiya ilə bağlı qərarı açıqlayanda İsveç şoka düşəcək” - Ərdoğan

“Məndə belə təəssürat yaranır ki, onlar Türkiyəni, onun prinsiplərini və ənənələrini heç tanımırlar”. 

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Biləcikdə ictimaiyyət və gənclər təşkilatlarının nümayəndələri ilə görüşü zamanı İsveç və Finlandiyanın NATO-ya müraciət prosesi ilə bağlı sualı cavablandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, bu, 20, 30, 40 il əvvəl şərtlərin diktə etdiyi Türkiyə deyil.

Onun sözlərinə görə İsveç öz ərazisində gizlənən 120 terrorçunu bizə təhvil verəcək. Biz bu öhdəliklərin yerinə yetirilməsini gözləyirik”. 

Ərdoğan qeyd edib ki, Finlandiya ilə vəziyyət fərqlidir:

“Bu ölkə ilə bağlı biz müvafiq qərar qəbul edə bilərik, lakin bu, İsveçin səhvlərini təkrarlamamalıdır. Finlandiya ilə bağlı qərarı açıqlayanda İsveç şoka düşəcək”, - deyə Türkiyə lideri vurğulayıb.
 


Daşqın Həsənov
Missiya.Az


  • 30-01-2023, 09:53