AZ   |   RU
“Biz qardaşımız Azərbaycanı heç vaxt tək qoymayacağıq” – Ərdoğan

“Biz qardaşlarımızı, xüsusən də Azərbaycanı heç vaxt tək qoymayacağıq”. 

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Biləcikdə ictimaiyyət və gənclər təşkilatlarının nümayəndələri ilə görüşü zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu, təkcə türk respublikalarına aid deyil, mən Liviya ilə münasibətlərin hansı səviyyədə olduğunu qeyd etmək istərdim. Biz bu ölkədə sülhün bərqərar olması üçün qətiyyətlə səy göstəririk. Biz bütün türk respublikaları ilə, yəni Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkmənistanla əlaqələrimizi dəstəkləyirik və davam etdirəcəyik. Bu, bizim Tacikistanla münasibətlərimizə də aiddir”, - deyə Ərdoğan vurğulayıb.


Daşqın Həsənov
Missiya.Az


Baxış sayı: 56
  • 30-01-2023, 09:41