AZ   |   RU
“Avropanın Türkiyəyə ehtiyacı var” - Çavuşoğlu

Belə bir dövrdə “Avropanın Türkiyəyə ehtiyacı var”.

Missiya.Az
“haber7com”a istinadən xəbər verir ki, bunu İstanbul Texniki Universitetində ölkənin Sahibkarlıq və Humanitar Xarici Siyasət mövzusunda keçirilən konfransda iştirak edən Türkiyənin diplomatiya rəhbəri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu tələbələrə Türkiyənin mövcud diplomatiyası və xarici əlaqələri haqqında məlumat verib. 

"Dünyada hər şey çox sürətlə dəyişir. Baxın, məsələn, bu gün "ərəb baharı"ndan danışan varmı? Yoxsa keçən il Əfqanıstandan olan hadisələrdən danışan varmı? Ona görə də baş verən proseslərlə ayaqlaşmaq üçün çox çalışmaq lazımdır. Bu anlayışla Türkiyənin Əsrinə dair vizyonumuzu həyata keçirməliyik. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında bu məqsədlə gecə-gündüz çalışırıq ", - deyə Çavuşoğlu bildirib.

Çavuşoğlu Türkiyənin xarici siyasət ənənəsinin hər zaman sülhsevər və uzlaşmacı bir yanaşma olduğunu ifadə edərək bu sözləri deyib: “Bizim çox güclü diplomatiya ənənəmiz var. Qazi Mustafa Kamal Atatürkün “Yurtta və dünyada sülh” ifadəsinin Türkiyənin xarici siyasət ənənəsinin şüarıdır. Kritik bir siyasi coğrafiyada olsaq da, son illərdə aparılan uğurlu diplomatiya sayəsində qlobal və milli miqyasda bir çox problemi həll etmək iradəsini ortaya qoyduq. Biz Türkiyənin xarici siyasətinin güclü irsini və ənənəsini qoruyan anlayış ilə çalışırıq. Bizim diplomatik ənənəmiz çox güclü və köklüdür”.

“Texnologiya və dəyişiklik əsrində rəqəmsallaşmada olduğu kimi xarici siyasətdə də çox sürətli bir transformasiya lazımdır. Bu sürətli dəyişikliyə ayaq uydurmaaq çox vacibdir. Xarici İşlər Nazirliyi olaraq , biz tez transformasiya ilə ayaqlaşırıq”, - deyə türkiyəli nazir vurğulayıb. 
Çavuşoğlu Almaniyada dövlət çevrilişinə cəhddə günahlandırılan şəxslərə qarşı əməliyyatlarla bağlı bunu deyib: “Ümid edirəm ki, Avropa ölkələri 15 iyul 2016-cı ildə və keçmişdə yaşadığımız çevriliş və terror hadisələrini xatırlayacaq, o cümlədən bunu anlayacaqlar”.


Daşqın Həsənov
Missiya.Az


Baxış sayı: 107
  • 9-12-2022, 16:00