AZ   |   RU
Erməni deputatdan etiraf: “Bütün dünya Qarabağı Azərbaycanın ərazisi hesab edir”


Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasından olan deputatı Vigen Xaçatryan bütün dünyanın Qarabağı Azərbaycanın ərazisi hesab etdiyini bildirib. 

Missiya.Az
erməni mətbuatına istinadən xəbər verir ki, erməni deputat Qarabağla bağlı dünya ictimaiyyətinin rəyindən də söz açıb: “Dünya ölkələri hesab edirlər ki, Azərbaycan öz torpaqlarını azad edib”. 

Ermənistanın dostlarının da rəsmi olaraq Qarabağı Azərbaycan torpağı kimi qəbul etdiyini bildirən Xaçatryan, İran və Rusiyanın mövqeyinə də toxunub: “İran Azərbaycanı torpaqlarının azad edilməsi münasibətilə təbrik edib. Putin bəyan edib ki, bütün Qarabağ və ətraf rayonlar Azərbaycanın olub və Azərbaycanın da qalacaq”

Göründüyü kimi, Qarabağın Azərbaycana məxsus olduğunu erməni rəsmilər də etiraf etməyə başlayıblar. Erməni deputatın etirafları, göstərir ki, mənfur qonşuların özləri də “Artsax xəyalları”nın üstündən xətt çəkirlər. 

Nəriman Sultanoğlu
Missiya.Az




  • 5-10-2022, 16:44