AZ   |   RU
Basketbol üzrə Azərbaycan çempionatında iştirak edəcək klublar müəyyənləşib

Oktyabr ayının ikinci ongünlüyündə startı gözlənilən basketbol üzrə 28-ci Azərbaycan çempionatının oyunları "Sərhədçi" İdman Olimpiya Mərkəzində baş tutacaq.

Missiya.Az
xəbər verir ki, Azərbaycan Basketbol Liqası (ABL) adı ilə keçiriləcək çempionatda, 3-ü region komandası olmaqla, ümumilikdə 8 komanda çempionluq uğrunda mübarizə aparacaq. "AAAF Xırdalan BK", "Gəncə BK", "NTD BK", "Neftçi İK", "Olimpik Şəki BK", "Sərhədçi PİK", "Sabah Bakı BK", "Zirvə Astara BK". Ötən çempionatla müqayisədə, yeni reqlamentə əsasən, komandalar dairəvi sistemlə 4 dövrədə üz-üzə gələcək. Çempionatın müntəzəm mövsümündə ilk dörd pilləni tutmuş komandalar play-off mərhələsinə vəsiqə qazanacaqlar. Yarımfinallarda ən tez 2, finalda isə ən tez 3 qələbə qazanmış komanda qalib sayılacaqdır. 

Qeyd edək ki, 1 oktyabr tarixində əsas çempionata hazırlıq məqsədi daşıyan mini turnir baş tutacaqdır. Oyunlar, "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcəkdir.

Baxış sayı: 110
  • 28-09-2022, 14:00