AZ   |   RU
İran heç vaxt nüvə silahına malik olmamalıdır- Böyük Britaniya


İranın yüksək səviyyədə uranı zənginləştirməyə başladığını elan etməsindən sonra Böyük Britaniyadan cavab gecikməyib.
 
Missiya.Az
xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Naziri Ceyms Kleverli sosial media hesabından verdiyi açıqlamada deyib.
 
İrannın nüvə proqramını daha da genişləndirdiyini irəli sürən Kleverli  bunu rejimin qlobal təhlükəsizliyə yaratdığı təhlükənin daha bir sübutu kimi qiymətləndirib.
 
Öz xalqını vəhşicəsinə təqib edən bir rejimin xaricdəki dostlarımızı və müttəfiqlərimizi təhdid etməsi qaçılmaz olacaq deyən Ceyms Kleverli “İran heç vaxt nüvə silahına malik olmamalıdır" deyə bildirib. 

Xatırladaq ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə lazımi səviyyədə əməkdaşlıq etmədiyi səbəbilə MAQATE İdarə Heyətinin İrana qarşı qəbul etdiyi qərara cavab olaraq İran Atom Enerjisi Agentliyi tərəfindən Fordo nüvə zavodunda uranın 60 faiz saflıqda zənginləşdirilməyə başlanıldığı  bildirmişdir. 

Aqil Musa
Missiya.Az

  • 24-11-2022, 11:04