AZ   |   RU
Qazaxıstan Rusiyadan gələnlərin qarşısını almaq üçün qərargah yaradır

Rusiyadan gələn ziyarətçi axınının tənzimlənməsi üçün Pavlodar vilayətində qərargah yaradılacaq.

Missiya.Az
lenta-ru-ya istinadən xəbər verir ki, bu barədə bölgənin icra hakimiyyətinin (administrasiyasının) mətbuat xidməti məlumat yayıb. Vilayətin icra hakimi Abylkair Skakov bölgənin şəhər və rayon rəhbərlərinə artıq müvafiq göstərişlər verib.

Qeyd edək ki, o, bütün dövlət qurumlarının maksimum qarşılıqlı fəaliyyətini təşkil etməyi və “daşınmaz əmlak bazarında vəziyyətin sabitləşdirilməsi üçün tədbirlər görməyi” də, tapşırıb: "Pavlodar vilayəti üzrə Polis Departamenti və Dövlət Gəlirləri Departamenti regionda asayişin və təhlükəsizliyin təmin edilməsi, habelə Rusiyaya səfər edənlərin vaxtında qeydiyyata alınması üçün alqoritm hazırlamalıdır".

Skakov həmçinin bildirib ki, ziyarətçilərə Qazaxıstan qanunvericiliyinə uyğun olaraq lazımi köməklik göstəriləcək. O cümlədən, onlar üçün xüsusi “qaynar xətt”lər açılacaq, məsul orqanlar miqrantlarla izahat işləri aparacaq.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 28-09-2022, 12:04