AZ   |   RU
Britaniya Xarici İşlər Nazirindən Putinə sərt sözlər – “Bu əxlaqsızlıqdır”

Səfərbərlik bəyannaməsi müharibənin (Putin üçün) planlaşdırıldığı kimi getmədiyini göstərir.

Missiya.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu haqda Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasının iclasları üçün Nyu Yorkda səfərdə olan Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Rusiya prezidenti Vladimir Putinin Ukraynanın şərqində ərazilərin  itirilməsindən sonra səfərbərlik elan etməsini dəyərləndirən Kleverli, Putin üçün artıq hər şeyin nəzarətdən çıxdığını bildirib.

"Putin bir neçə həftə ərzində bütün Ukraynanı işğal etməyə ümid edirdi, lakin indi, aylar sonra biz Ukrayna qüvvələrinin Ukraynanın şərqində Rusiya qüvvələrini geri itələdiyini görürük", - Kleverli deyib.

“Vladimir Putinə mesajımız budur ki, bu qeyri-qanuni və əsassız müharibə yanlışdır. Putinin edə biləcəyi ən yaxşı şey qoşunlarını geri çəkmək, ukraynalılara öz ölkələrinə nəzarəti bərpa etmək və iqtisadiyyatlarını bərpa etmək imkanı verməkdir. Biz bu çağırışı və Ukrayna xalqını dəstəkləməyə davam edəcəyik”.

NATO-nun Rusiya üçün təhlükə olmadığını vurğulayan Kleverli:

“Biz Vladimir Putinin gərginliyi artıran aqressiv ritorikasını gördük. Onun anlamalı olduğu, dünyanın anlamalı olduğu şey odur ki, biz ukraynalılarla çiyin-çiyinə dayanacağıq, çünki onlar öz ölkələrini müdafiə edirlər. NATO heç vaxt Putini təhdid etməyib. Bu müharibə seçkidir və Putin ordusunu geri çəkməyi seçə bilər.

Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin xüsusilə cənubda qida təhlükəsizliyi ilə bağlı problemləri artırdığına diqqət çəkən Kleverli, “Ərzaq qıtlığı yaşayanlar bilməlidir ki, nə qida ixracına, nə gübrə ixracına, nə ammoniuma qarşı sanksiyalar var. Putin aclıqdan müharibə silahı kimi istifadə edir, bunu etmək əxlaqsızlıq və yanlışdır”.

Teymur ASLANOV
Missiya.Az

 

  • 22-09-2022, 16:30