AZ   |   RU
Rusiya ilə Belarus arasında protokol imzalandı


Rusiya ilə Belarus arasında regional təhlükəsizlik sazişinə dəyişiklik edilməsi ilə bağlı protokol imzalanıb.

Missiya. Az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi 1997-ci ildə Belarusla imzalanmış regional təhlükəsizlik sazişinə dəyişiklikləri nəzərdə tutan protokolun imzalandığını elan edib.

Protokolu Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Belarusun müdafiə naziri Viktor Hren imzalayıb.
“Hərbi sahədə birgə regional təhlükəsizliyi təmin etmək üçün beynəlxalq müqaviləyə dəyişiklik edilməsi haqqında protokol imzalanıb”, - deyə məlumatda bildirilir.



  • 3-12-2022, 21:58