AZ   |   RU
Azərbaycan millisinin Avropa Kubokundakı rəqibləri bəlli olub


Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin Avropa Kubokundakı rəqibləri bəlli olub.



Missiya.Az Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda B qrupunda Fransa və Ukrayna yığmaları ilə qarşılaşacaq. 


Millinin qrupda ilk oyunu sentyabrın 5-də Bakı vaxtı ilə saat 13:55-də Fransa seçməsinə, ikinci oyunu isə 20:25-də Ukrayna yığmasına qarşı baş tutacaq. 


Qeyd edək ki, Avropa Kuboku 5–7 sentyabr aralığında Danimarkanın Kopenhagen şəhərində keçiriləcək.



  • Dünən, 20:13