AZ   |   RU
Telli Pənahqızı bu TV-nin rəhbəri oldu

 

Telejurnalist Telli Pənahqızına yeni vəzifə verildi.


Missiya.Az xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədr müavini, Əməkdar mədəniyyət işçisi, "Dostluq" ordenli, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının Şura üzvü, Teleradio Akademiyasının rektoru, şairə və publisist Telli Pənahqızı Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin olunub.


Məlumatı Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasından bildiriblər.


Qeyd edək ki, Telli Pənahqızı əmək fəaliyyətinə ilk dəfə 1977-1980-ci illərdə C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasında baş kitabxanaçısı olaraq başlayıb.


Daha sonra 1980-1981-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti) müxbir işləyib. 2005-ci ildən isə Azərbaycan Teleradio Verilişləri QSC Televiziya Proqramları direktorunun müavini vəzifələrində işləyib.


12 mart 2019-cu ildən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü təyin edilib. 


Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Dövri mətbuatda şeir, oçerk və hekayələri dərc olunub.


Telli Pənahqızı Azərbaycan "Əməkdar mədəniyyət işçisi" fəxri adı, Azərbaycan "Tərəqqi" medalı ilə təltif olunub. Həmçinin, müxtəlif illərdə "Qızıl qələm", "H.B.Zərdabi", "Məmməd Araz", "Natəvan" mükafatlarına layiq görülüb. 




  • Dünən, 15:45