AZ   |   RU
Kreml Ukraynada müharibənin nə vaxt bitəcəyini açıqlayıb

“Ukraynada xüsusi hərbi əməliyyat Rusiyanın məqsədlərinə dinc yolla nail olmaq mümkün olana qədər davam edəcək”. 


Missiya.Az “TASS”a istinasən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.


"Biz dəfələrlə demişik ki, Rusiyanın qarşıya qoyduğu məqsədlərə sülh, siyasi və diplomatik yollarla nail olması daha məqsədəuyğundur", - deyə siyasətçi vurğulayıb. 


Peskov bildirib ki, nə qədər ki, məqsədlərə sülh yolu ilə nail olmaq mümkün deyil, xüsusi hərbi əməliyyat davam edəcək. O həmçinin cəbhə xəttində reallıqların hər gün dəyişdiyini də qeyd edib.



Zərintac Mayisqızı
Missiya.Az




  • Dünən, 14:15