AZ   |   RU
Kreml İlham Əliyevlə Paşinyan arasındakı görüşə münasibət bildirib

“Rusiya Ermənistanla Azərbaycan arasında birbaşa dialoqu alqışlayır”.


Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən danışıqları şərh edərkən deyib.


“Biz, əlbəttə ki, bu cür birbaşa dialoq faktını alqışlayırıq”, - deyə siyasətçi vurğulayıb.


Qeyd edək ki, bu gün Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş baş tutub.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:09