AZ   |   RU
İlham Əliyev Rusiya fövqəladə hallar nazirini qəbul etməkdən imtina edib

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıdan Moskvaya əliboş qayıdıb.


Missiya.Az xəbər verir ki, bu barədə Rusiya təhlükəsizlik qüvvələrinə yaxın olan “VÇK-OQPU” Teleqram kanalı məlumat yayıb.


Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev Kurenkov ilə görüşdən imtina edib. 


Məlumata görə, rusiyalı nazir rəsmi olaraq Bakıda fövqəladə hallar nazirlərinin dar çərçivədə keçirilən müşavirəsində iştirak edib. 

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 12:59