AZ   |   RU
HƏMAS 10 israilli girovu azad etməyə razılaşıb

HƏMAS Qəzza zolağında atəşkəsə nail olmaq üçün on israilli məhbusu azad etməyə razılaşdığını açıqlayıb.


Missiya.Az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.


HƏMAS bildirib ki, danışıqlarda mühüm humanitar yardımın çatdırılması, İsrail qoşunlarının Qəzzadan çıxarılması və daimi atəşkəsə real təminatların verilməsi daxil olmaqla, bir neçə problem var.


Qeyd edək ki, bir müddət öncə Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə iki dəfə görüşən ABŞ Prezidenti Donald Tramp Qəzzada atəşkəs üçün çox yaxşı şansın olduğunu deyib.

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 12:32