AZ   |   RU
Kimlər qan verə bilər? – HƏKİMDƏN AÇIQLAMA



Qan verərək kiminsə həyatının xilasına vəsilə olursan. Çox sayda insan bu faydalı prosesə qoşulur. Lakin hər kəs qan verə bilməz. Qeyd edilən nüans həm donorun, həm də qəbul edici şəxsin təhlükəsizliyi üçün önəmlidir.

Həkim-terapevt Günay Musayeva Missiya.Az-a açıqlamasında deyib ki, bir çox xəstəlikləri olan insanlar qan verə bilməz:

“Məsələn: Hepatit B, C, və sifilis kimi, aktiv, keçirilmiş onkoloji və hemotoloji yoluxucu xəstəliklər - leykemiya, limfoma, solid şişlər, ciddi ürək xəstəlikləri, ağır aritmiyalar, kardiomiopatiya, miokard infarktı, nəzarətsiz şəkərli diabet, böyrək çatışmazlığı, ağır xronik obstruktiv ağciyər, epilepsiya, autoimmun xəstəliklər, inneksion narkotik istifadəsi, alkoqol və psixotrop asılılıq, orqan transplantasiyası keçirmiş şəxslər, hemofiliya, trombofiliya, anemiya kimi problemlərə sahib insanlara qan vermə prosedurunda iştiraka icazə verilmir. Daha sonra qrip, angina, koronavirus, cərrahiyyə, diş çəkimi, endoskopiya, tato prosesi, tropik bölgələrə səfər, hamiləlik və doğuşdan sonrakı dövrdə olanlar yaxın zamanda qan verə bilməzlər”.



Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 12:16