AZ   |   RU
Bakıda avtobusun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs saxlanılıb


Mayın 17-də paytaxtın Yasamal rayonunda 65 saylı marşrut avtobusunun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs müəyyən olunub. 



Missiya.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli APA-ya bildirib.


Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 38 yaşlı Qurbanov Ruslan saxlanılaraq məsuliyyətə cəlb edilib. Onun əməlinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.



  • Dünən, 22:21