AZ   |   RU
Hakan Fidan Moskvada Lavrovla görüşəcək - Rusiya XİN


“Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 25-də Rusiyaya səfər edəcək”.


Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.


Onun sözlərinə görə, Fidan Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşəcək. 


“Mayın 25-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvaya işgüzar səfər edəcək və o burada rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparacaq”, - deyə Zaxarova vurğulayıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 15:29