AZ   |   RU
Aİ XİN rəhbərləri Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək qərarına gəlib


Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Suriyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların ləğv edilməsi barədə qərar qəbul ediblər. 



Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas açıqlama verib.    


"Bu gün Suriyaya qarşı iqtisadi sanksiyalarımızı ləğv etmək qərarına gəldik. Biz Suriya xalqına yeni, əhatəli və dinc Suriyanın yenidən qurulmasına kömək etmək istəyirik”, - Kallas bildirib. 


O əlavə edib ki, Aİ son 14 il ərzində hər zaman suriyalıların yanında olub və bu dəstəyini davam etdirəcək.



  • Dünən, 20:43