AZ   |   RU
Papua - Yeni Qvineya sahillərində 6,4 maqnitudalı zəlzələ baş verib


Papua - Yeni Qvineyanın sahillərində 6,4 maqnitudalı zəlzələ qeydə alınıb.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,6 min nəfər əhalisi olan Anqoram şəhərindən 94 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 25 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.




  • Dünən, 20:28