AZ   |   RU
Ərdoğan sabah Macarıstana səfər edəcək


“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 21-də Macarıstana səfər edəcək”.


Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun özünün “X” sosial media hesabında məlumat yayıb.


“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Budapeştdə keçiriləcək Qeyri-rəsmi Zirvə Toplantısında iştirak etmək üçün mayın 21-də Macarıstana səfər edəcək”, - deyə siyasətçi vurğulayıb.


Altun bildirib ki, Ərdoğanın burada iştirakçı dövlət və hökumət başçıları ilə ikitərəfli təmaslar keçirməyi də planlaşdırılır.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 16:02