AZ   |   RU
Ukrayna və ABŞ yeraltı sərvətlərə dair saziş imzaladılar


 Kiyev və Vaşinqton müştərək mədən hasilatı və Ukraynanın bərpası üçün investisiya fondunun yaradılması haqqında saziş imzalayıblar.

 

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

 

ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunmuş press-relizdə deyilir ki, saziş “Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri Amerika xalqının Ukraynanı müdafiə etmək üçün verdiyi əhəmiyyətli maliyyə və maddi dəstəyin tanınması ilə” bağlanıb.

 

“Bu iqtisadi əməkdaşlıq iki ölkəyə birgə fəaliyyət göstərməyə imkan verir ki, bizim ortaq aktivlərimiz və imkanlarımız Ukraynanın iqtisadi dirçəlişini sürətləndirsin”, - deyə məlumatda qeyd olunur.

 

Elcan

Missiya.Az




  • Bu gün, 09:40