AZ   |   RU
32 il sonra "qızı" ilə bir arada

Xalq artisti Firəngiz Mütəllimova 32 il əvvəl filmə çəkildiyi Fidan adlı qızla bir araya gəlib.

Missiya.Az
xəbər verir ki, aktrisa bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Mənim ağ şəhərim"də balaca qızımı oynayan Fidan. İllər necə sürətlə keçib. Maşallah, balama”, - deyə F.Mütəllimova bildirib.

Məlumat üçün qeyd edək ki, bu gün Xalq artistinin doğum günüdür və 66 yaşı tamam olur.

Qeyd edək ki, “Mənim ağ şəhərim” filmi 1993-cü ildə ekranlaşdırılıb.



Zərintac Mayisqızı
Missiya.Az





  • Bu gün, 14:14