AZ   |   RU
Kamala Harris amerikalıları Trampa qarşı birləşməyə çağırıb

“Amerikalılar ABŞ Prezidenti Donald Trampa qarşı birləşməli və bir-birindən uzaqlaşmamalıdır”.


Missiya.Az “Reuters”ə istinadən xəbər verir ki, bu çağırışı ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris edib.


"Böhran qarşısında çıxardacağımız dərs qaçmamaqdır”, - deyə siyasətçi vurğulayıb.


Harris Tramp administrasiyasının iqtisadi siyasətini müasir prezidentlik tarixində insan tərəfindən törədilən ən böyük iqtisadi böhran adlandırıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 11:34