AZ   |   RU
Cənubi Koreyanın müvəqqəti prezidenti istefa verib

Cənubi Koreyanın prezidenti səlahiyyətlərini icra edən, Baş nazir Han Duk Su istefa verib.

Missiya.Az 
xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.

Belə ki, iyunun 3-də dövlət başçısına seçkilər keçiriləcək.

Agentlik qeyd edib ki, Han Duk Su çox güman ki, mayın 2-də namizədliyini rəsmən irəli sürəcək.

"Mən üzləşdiyimiz böhranı aradan qaldırmaq üçün əlimdən gələni etmək üçün vəzifəmi tərk etmək qərarına gəldim. Koreya Respublikasının siyasətinin əməkdaşlıq yolu ilə, yoxsa ifrat yollarla getməsi bizdən asılıdır", - "Yonhap" onun sözlərindən sitat gətirib.



Zərintac Mayisqızı
Missiya.Az






  • Bu gün, 12:53