AZ   |   RU
İrandakı zəlzələdə 23 nəfər xəsarət alıb

İranın şərqindəki Rəzəvi Xorasan əyalətinin Roşthar rayonunda 5 bal gücündə zəlzələ baş verib.

Missiya.Az
xəbər verir ki, İranın Milli Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ 10 kilometr dərinlikdə baş verib. Rəzəvi Xorasan vilayətinin "Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi"ndən verilən açıqlamada zəlzələdə bəzi kəndlərdə kiçik dağıntıların olduğu, 23 nəfərin yüngül xəsarət aldığı qeyd edilib.



Zərintac Mayisqızı
Missiya.Az



  • Bu gün, 14:47