AZ   |   RU
"Rusiya-Ukrayna danışıqları çox yaxında baş tuta bilər"


"Kiyev münaqişənin həlli üçün ciddi səy göstərsə, Rusiya və Ukrayna arasında danışıqlar çox yaxında baş tuta bilər".

Missiya.Az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski danışıb.

“Əgər həmin böhrana səbəb olan məsələlərin həlli üçün ciddi və mənalı səy göstərilsə, düşünürəm ki, bu, tezliklə baş verə bilər”, - Polyanski bildirib.

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoffla görüşündə Rusiya tərəfinin Ukrayna ilə ilkin şərt olmadan danışıqlara hazır olduğunu təsdiqləyib.



Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 11:42