AZ   |   RU
Lavrov Özbəkistan rəhbərliyinə ABŞ-la təmaslardan danışıb

Rusiya Özbəkistandakı dostlarına Ukrayna ilə bağlı ABŞ-la əlaqələrin necə getdiyi barədə ətraflı məlumat verib.

Missiya.Az
-ın "İzvestya"ya istinadən xəbərinə görə bu barədə aprelin 23-də Rsuiyanın xarici işlər naziri Sergey Lavrov ölkəyə rəsmi səfəri zamanı bildirib.

"Əsas səbəblər Ukrayna ətrafındakı vəziyyətin həlli üçün elə əsas olaraq qalır. Biz özbək dostlarımızı son hadisələr, o cümlədən ABŞ-la təmaslarımız kontekstində və ABŞ-nin son günlər də daxil olmaqla, ukraynalılar və avropalılarla işində irəli sürdüyü ideyalar kontekstində ətraflı məlumatlandırdıq", - Rusiya XİN rəhbəri qeyd edib.

O, həmçinin əlavə edib ki, Rusiya və ABŞ arasında danışıqların yeni raundu çox tezliklə baş tutmalıdır.



Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 15:19