AZ   |   RU
ARDNF I rübdə büdcə öhdəliyini tam icra edib

 

Bu ilin I rübündə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfert 3 milyard 620,3 milyon manat təşkil edib.

Missiya.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 425 milyon manat və yaxud 13,3 % çoxdur.

Xatırladaq ki, bu il ARDNF büdcəyə 14 milyard 481 milyon manat vəsait köçürməlidir. Beləliklə, rüblük ödəniş tam icra edilib.




  • 8-04-2025, 10:28