AZ   |   RU
Tramp Rusiyanın Ukraynaya davam edən zərbələrindən narazı olduğunu açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya davam edən zərbələrindən narazı olduğunu bildirib.


Missiya.Az “CNN”ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.


"Mən bombardmanlarla bağlı baş verənlərdən razı deyiləm, çünki onlar hazırda dəli kimi bombalayırlar. Orada nə baş verdiyini bilmirəm. Bu, pis vəziyyətdir", - deyə siyasətçi vurğulayıb.


Tramp qeyd edib ki, ABŞ rəsmiləri Rusiya və Ukrayna nümayəndələri ilə təmaslarını davam etdirir.



Daşqın Həsənov
Missiya.Az



  • 8-04-2025, 09:53