AZ   |   RU
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib



Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə məktub ünvanlayıb.

Missiya.Az xəbər verir ki, məktubda qeyd olunub:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Dəyərli qardaşım!

Baharın oyanışı və yenilənməsi bayramı - Novruz bayramı münasibətilə Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Qardaş xalqlarımız əsrlər boyu bu bənzərsiz bayramı qarşılıqlı mərhəmət və qayğı, xeyirxahlıq, birlik və dostluq kimi ali dəyərləri tərənnüm edən, insanı daim təbiətlə ahəngdar şəkildə yaşamağa səsləyən mübarək bayram kimi geniş qeyd edir və dəyərləndirirlər.

Son illərdə birgə səylərimiz nəticəsində ikitərəfli münasibətlərimizin bütün prioritet sahələrdə ardıcıl inkişaf edərək strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir.

Əminəm ki, bundan sonra da fəal dialoqlarımız, ortaq səylərimiz və birgə məqsədyönlü fəaliyyətimiz sayəsində dostluğumuz və hərtərəfli əməkdaşlığımız dinamik inkişaf edəcəkdir.

Bu əzəmətli və nurlu anlarda Sizə və bütün ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə böyük uğurlar, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq, davamlı inkişaf və rifah arzulayıram”.




  • 21-03-2025, 23:37