AZ   |   RU
Davamlı xoşbəxtlik axtarışı insanı kədərə sürükləyir - Maraqlı fakt

Mütəxəssislərin araşdırmalarına görə, əksər insanların davamlı xoşbəxt olmaq istəyi əslində onları kədərə aparır.

Xoşbəxtlik axtarışı bəzən tərs effekt yaradır. Zehnini buna uyğunlaşdırmaq istəyənlər yorucu dönəm yaşayır və iradə cəhətdən zəifləyirlər. Belə şəxslər özlərini idarə etməyi bacarmırlar.

Daim məmnun olmaq üçün əmək sərf etmək, insanı xoşbəxt edən davranışlardan, əlindəkilərdən də məhrum edir. Nəticədə onlar zamanlarının həmişə məhdud olduğu hissinə qapılaraq stresli həyata qədəm basırlar.

Təcrübələrin birində iştirakçılara "xoşbəxtlik” kəlməsinin keçdiyi reklamlar göstərilib, sonra şokolad dolu böyük qabın yanında oturub istədikləri qədər yeyə biləcəkləri deyilib. Elm adamaları güclü iradə sahibi olanların az şokolad yedikləri, "xoşbəxtlik" sözü ilə qarşılaşanların çox şokolad qəbul etdiklərini ortaya çıxarıblar. Son sınaqda isə təcrübəyə qatılanlar iki qrupa ayrılıblar. Bir qrup özlərini yenə şən edəcəkləri şeyləri seçib, digərləri isə sadəcə şəxsi seçimlərinə uyğun obyektlərə üstünlük veriblər. Daha sonra hər iki qrup iradə gücünü ölçən bir zehni tapşırığı yerinə yetirməyə çalışıb. Xoşbəxtliyə diqqət yetirən qrup digər qrupa nisbətən daha tez təslim olub və həmin vəziyyət xoşbəxtlik axtarışının zehni resursları tükəndiyini bir daha təsdiqləyib.

Ona görə də hər an xoşbəxtlik axtarmaqdansa, Allahın sizə bəxş etdiklərinin, əlinizdəkilərin qədrini bilin. Həyatımızda olan gözəllikləri dərk edək.



Zərintac Mayisqızı
Missiya.Az



  • 28-02-2025, 12:05