AZ   |   RU
Zəngəzur dəhlizi digər ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmağa zidd olan bir keçiddir - İran XİN

“Başqa ölkələrin milli suverenliyinin və ərazi bütövlüyünün pozulması mənasına gələn başlıq və anlayışlardan istifadə etməməkdə diqqətli olmaq lazımdır”.


Missiya.Az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai “Şərq” qəzetinə müsahibəsində Azərbaycanla Naxçıvanın birləşdirilməsi üçün Türkiyə Prezidentinin təklif etdiyi Zəngəzur dəhlizi planına toxunaraq Tehranın regional əməkdaşlıq və kommunikasiya marşrutları ilə bağlı mövqeyini açıqlayarkən deyib.


O bildirib ki, Zəngəzur dəhlizi bölgədə dinc yanaşı yaşamaq ruhuna, qonşuluq məntiqinə və digər ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmağa zidd olan bir dəhlizdir.


Bəqainin sözlərinə görə, İran hər zaman hər hansı marşrutun yaradılması və ya bərpasının beynəlxalq hüquq prinsip və əsaslarına, xüsusən də ölkələrin milli suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında olmasını bəyan edib:


“Cənubi Qafqazda münaqişə başa çatıb və gərgin davranışa və ya zor tətbiqinə, ərazi və ya tarixi iddialar üçün heç bir əsas yoxdur. Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq", - deyə siyasətçi qeyd edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • 3-06-2025, 11:52