AZ   |   RU
Dmitri Medvedev İstanbul danışıqlarına ehtiyacın olduğunu açıqlayıb

“Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbuldakı danışıqları kompromis üçün lazım deyil”.


Missiya.Az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün “Teleqram” kanalında yazıb. 


O bildirib ki, Rusiyanın mümkün qədər tez qələbə qazanması və Kiyevdə neonasist hökumətinin tamamilə məhv edilməsi üçün əlaqə lazımdır.


“Ötən gün dərc olunmuş Rusiya memorandumunun mənası budur”, - deyə siyasətçi vurğulayıb.


Xatırladaq ki, ötən gün İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların iki mərhələsi baş tutub.



Daşqın Həsənov
Missiya.Az



  • 3-06-2025, 12:12