AZ   |   RU
Putin, Tramp və Zelenskinin yaxın gələcəkdə görüşməsi ehtimalı azdır

Yaxın vaxtlarda Rusiya, ABŞ və Ukrayna liderləri arasında görüş ehtimalı azdır. 


Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. 


O vurğulayıb ki, bu cür təmaslar yalnız diqqətlə hazırlandıqdan və texniki razılıq əldə edildikdən sonra mümkündür.


Kremlin sözçüsü İstanbulda danışıqlardan sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi üçtərəfli görüşün vaxtı ilə bağlı sualı isə belə cavablandırıb : “Yaxşı, açığını desəm, bu, yaxın gələcəkdə mümkün deyil”. 




Nurlana Əhmədova
Missiya.Az



  • 3-06-2025, 14:56